Bakıda külək binanın fasadını uçurdu - FOTOLAR

img

19-10-2014 [22:25]


Bu gün havanın kəskin dəyişməsi və güclü küləyin əsməsi bir sıra fəsadlara səbəb olub.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, belə fəsadlardan biri də Xırdalan şəhərində baş verib. Güclü külək şəhərin Qalubiyyə küçəsində inşa edilən hündür mərtəbəli binanın fasadını uçurub və tikinti materiallarını yerə atıb.

Xoşbəxtlikdən gediş-gəliş sıx olan bu küçədə xəsarət alan olmayıb, lakin binanın yaxınlığında park edilən 10- CP-155 dövlət nömrə nişanlı VAZ 21-07 markalı avtomobil möhkəm əzilib. Beləliklə tikintidə təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, avtomobil sahibinə maddi ziyan dəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA