Ağır yol qəzasında ər və arvad öldü

img

16-10-2014 [23:26]


Cəlilabadda ağır yol qəzası baş verib. Cəlilabadda ağır yol qəzası baş verib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza zamanı ər və arvad dünyasını dəyişib. Hadisə Cəlilabad-Biləsuvar yolunda baş verib.

Qəza zamanı iki minik maşını toqquşub.

Hadisə zamanı "Qaz 31”in sürücüsü Fəzail Sammədov hadisə yerindəcə keçinib. "Qaz 31”in sərnişini, sürücünün həyat yoldaşı ağır yaralanıb və onun həyatını da xilas etmək mümkün olmayıb.

Digər "Mitsubishi” markalı maşının sürücüsü isə ağır yaralanıb.

Hadisənin səbəblərini yerli polis araşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA