Daxili İşlər Nazirliyindən həbs edilən iki polislə bağlı açıqlama

img

14-10-2014 [20:18]


Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin (RPİ) həbs edilən iki əməkdaşı ilə bağlı açıqlama yayıb.



 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya deyib ki,  həbs edilən şəxslər əvvəllər polis orqanlarında sıravi polis vəzifəsində çalışıblar.

"Hazırda daxili işlər orqanlarında həmin adda şəxslər çalışmır. Onların törətdiyi əməllərin də polislə bir əlaqəsi yoxdur. Çünki onlar bir ay əvvəl mülki şəxs kimi həbs ediliblər”, - deyə Daxili İşlər Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA