Şəmkirdə güclü yanğın: Uşaq ölüb

img

14-10-2014 [12:20]



Şəmkirin Çinarlı qəsəbəsindəki yaşayış evində güclü yanğın baş verib.

Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində baş verib. Hazırda yanğınsöndürənlər 3 yanğınsöndürən avtomobilin köməyi ilə hadisə yerində çalışırlar. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir. Bir azyaşlının yanğın nəticəsində öldüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA