Rəisdən müğənniyə məxsus kafedəki əxlaqsızlıq yuvası ilə bağlı açıqlama

img

13-10-2014 [12:00]


DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi müğənni Elçin Hüseynova məxsus olan "New life" çay evində əxlaqsızlıq yuvasının aşkar olunmasına münasibət bildirib.

"Qafqazinfo"ya açıqlamasında Şərif Əsədullayev qeyd edib ki, camaat haqlı olaraq "New life” kafesi haqqında rayon İcra hakimiyyətinə şikayət edib: "Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də Cinayət işi başlanıb. Hazırda istintaq gedir”.

Qeyd edək ki, müğənni Elçin Hüseynov isə jurnalistlərə açıqlamasında kafenin onun adına olmadığını və orada heç bir əxlaqsızlıq yuvasının fəaliyyət göstərmədiyini açıqlamışdı. Daha sonra E. Hüseynovun bacısının yoldaşı, müğənni Yusif Mustafayev həmin kafenin qayınına məxsus olduğunu təsdiqləmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA