Azərbaycanda zəvvarlar qəzaya düşdü – 3 ölü

img

13-10-2014 [11:14]


Biləsuvarda sərnişin avtobusu aşıb, 3 nəfər ölüb.

Mia.az FHN-in saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişini çıxaıblar. Qəzaya düşənlərin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.

Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 07:30-da başa çatıb.

Anspress-in məlumatına görə, qəzaya düşənlər zəvvarlar olub. Onlar Məşhəd şəhərinə gedirmişlər.İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA