İŞİD Bağdadı yenə qana boyadı, ölənlərin sayı artır

img

12-10-2014 [10:48]


İraqın paytaxtı Bağdadda əsasən şiyələrin yaşadığı rayonlarda ard-arda baş verən partlayışlar nəticəsində azı 38 nəfər həyatını itirib.

ANS PRESS-in məlumatına görə, birinci bomba yüklü maşın Bağdadın şimal rayonu Kazimiyyədə partlayıb və bu partlayış 11 nəfərin ölümünə səbəb olub. Bundan sonra daha iki partlayış şəhərin şimal-qərb tərəfində Şula rayonunda baş verib. 

Həmçinin şənbə günü Bağdad yaxınlığında baş verən partlayışda azı 7 nəfər həyatını itirib. 

Partlayışların məsuliyyətini hələ heç kim öz üzərinə götürmüyüb. Lakin partlayışların kamikadzelər tərəfindən və məhz şiyə çoxluq təşkil edən rayonlarda baş verməsi faktı, partlayışlarda məsuliyyətin İŞİD-də olduğu iddiasını irəli sürür.

Qeyd edək ki, son aylar İŞİD radikal qruplaşması İraqın şimal və qərbində geniş torpaqlar ələ keçiriblər. Vəziyyətin belə olması ölkədə gərginliyi artırdığından on minlərlə dini azlıq üzvü, İŞİD qondarma məhkəməsinin cəzasından canin qurtarmaq üçün bölgəni tərk edib.

BMT-nin son məlumatına əsasən İraqın bütün bölgələrini əhatə edən qarşıdurmalar nəticəsində 1100 insan hayatını itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA