İŞİD Kobaninin yarısını tutdu, Ərdoğandan sərt açıqlama - VİDEO

img

11-10-2014 [13:14]


Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərinin yarısı İŞİD terror qruplaşması tərəfindən zəbt edilib. 

ANS TV-nin məlumatına görə, silahlılar ötən gün şəhər rəhbərliyinin yerləşdiyi bölgəni ələ keçiriblər. Kobanini ələ keçirməklə İŞİD Türkiyənin sərhədlərinə birbaşa çıxış əldə edə bilər. Bir neçə gündür ki, Türkiyə ordusu döyüş vəziyyətinə gətirilib. Ancaq Kobaniyə köməyə gedən kürdlər Türkiyədən buraxılmır. Birləşmiş Millətlər Təşkilatı məsələnin aradan qaldırılması üçün rəsmi Ankaraya çağırış edib. Kobaninin tam olaraq terorçuların əlinə keçəcəyi təqdirdə orada yaşayanların kütləvi qətli qaçılmaz olacaq. Kobaniyə yardım etməyən Türkiyə hökumətinə qarşı etirazlarda ölənlərin sayı 36 nəfərə çatıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə gərginliyə səbəb olan qüvvələrin ciddi cəzalandırılacağını deyib. 

"Artıq dünyadan təcrid olunmuş bir Türkiyə yoxdur. NATO üzvü olan bir Türkiyə var və biz də addım-addım hər şeyi təqdib edirik. Bizim tarixi və yaxın sosial əlaqələrimiz var. Regionda yaşanan hadisələrə laqeyd qalmağımız mümkün deyil. NATO üzvü kimi Suriyada da bufer zona yaradılmalı, mülkilərin təhlükəsizliyi təmin edilməlidir. Dövlət terroru törədən Suriya ilə hesablaşmaq lazımdır. Əgər bu hədəf əsas götürülməzsə, Əsəd rejimi daimi olaraq dəstək əldə edəcək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İŞİD-ə qarşı mübarizədə daha da güclənmək və bu məsələdə əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə Fransaya səfər edib. Fransalı həmkarı Loran Fabiusla görüşdə tərəflər İŞİD probleminin həlli istiqamətində bir sıra razılaşmalara imza atıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA