Bakıda görünməmiş cinayət: evlərin hasarları dağıdılır

img

11-10-2014 [12:32]


Bakıda hasar uçuran qrup tutulub. 

Bakı şəhər Baş Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradovun Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarlarının uçurulması aşkar edilib.

Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində torpaq sahələrinin hasarlarını uçuranlar Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov tutulublar.

Onların hansı məqsədlə hasarları dağıtmaları isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA