ABŞ-la Türkiyə İŞİD-ə qarşı razılaşdı - ŞƏRTLƏR

img

10-10-2014 [23:27]


ABŞ və Türkiyə İŞİD məsələsində razılıq əldə edib.

ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf verdiyi açıqlamada bildirib ki, rəsmi Ankara Suriyada konstruktiv müxalifəti gücləndirmək istiqamətində öz dəstəyini verəcək. 

Onun sözlərinə görə, gələn həftə ABŞ rəsmilərinin Ankarada keçirəcəyi görüşdə razılaşmanın detalları müzakirə ediləcək. 

Razılaşmanın ilkin şərtləri belədir:

- İlk mərhələdə 2 min suriyalı müxalifə hərbi təlimin keçirilməsi planlaşdırılır 
- Müxaliflərin hərbi təlimini Türkiyə etibarlı bir şəkildə keçirəcək 
- Müxaliflərin hərbi təchizatını ABŞ qarşılayacaq
- Türkiyədə öyrədiləcək müxalifləri MİT özü təyin edəcək

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA