İŞİD qarış-qarış irəliləyir - VİDEO

img

10-10-2014 [17:28]


Suriyanın Kobani şəhərində kürd peşmərgə qüvvələri ilə İŞİD qüvvələri arasında gedən döyüşlər 26-cı gününə qədəm qoyub. 

ANS TV-nin Türkiyə bürosundan verilən məlumata görə, bu gün səhər saatlarından İŞİD Kobaninin mərkəzini top və tank mərmilərdən atəşə tutub. Gecə səhərə qədər Koalisya qüvvələrinin təyyarələri Kobanin mərkəzində yerləşən İŞİD mövqelərini vursa da, İŞİD yenə irəliləməyə davam edir. Kobanin mərkəzində kürd qüvvələrilə İŞİD qruplaşması arasında 300 metrlik bir məsafə var.

Urfa valisinin rəsmi açıqlamasına görə, indiyə qədər 415 nəfər kürd yaralıları Türkiyəyə gətirilib və Suruç rayonunda onlara ilkin yardım göstərlilib. 

Son 10 gün ərzində təxminən 185 min nəfər suriyalı qaçqın Suruç rayonuna gəlib. Qaçqınlar çadır şəhərciklərində yaşayırlar. Üç gün ərzində isə 802 tır burada məskunlaşan qaçqınlara ərzaq gətirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA