Məşhur azərbaycanlı cadugər öldürüldü

img

10-10-2014 [12:23]


Azərbaycanda "falçı-cadugər Timur” kimi tanınan Timur Nəsirov qətlə yetirilib. Bu barədə Publika.az-a Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib.

Aldığımız son məlumata görə, hadisə dünən baş verib. Bu gün səhər saatlarında Timurun ailəsi onun meyitini gətirmək üçün Dağıstana yola düşüblər.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində” verilişinin daimi ekspertlərindən idi. Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA