Qaçırıldıqdan sonra öldürülən 16 yaşlı qızın anası danışdı - VİDEO

img

09-10-2014 [22:34]


Ağcəbədidə sevginin sonu qanlı hadisə ilə bitib. Evlənməyi fikirləşən gənc 16 yaşlı qızı qaçırıb. Sonradan isə aralarında yaranan mübahisə acı sonluqla bitib. Qaçırılan qız boğularaq öldürülüb. Bu azmış kimi qızın meyiti küçəyə atılıb.

ANS TV-nin məlumatına görə, Gəncə şəhər, Sevinc qəsəbəsi sakini 21 yaşlı Aydın Qasımov eyni qəsəbədə yaşayan 16 yaşlı Səltənət Əliyevanı qaçıraraq Ağcabədi rayonuna gətirib. Amma yolda - Ağcabədinin Hacıbədəlli kəndi ərazisində sevgililərin arasında mübahisə yaranıb, daha sonra Aydın Qasımov Səltənti əlləri ilə boğaraq öldürüb. Aydın Qasımov artıq Ağcabədi Rayon Polisi tərəfindən saxlanılıb.

"Aydın Qasımov hələlik şübhəli şəxs qismində tutulub. Dindirmə gedir, məsələyə aydınlıq gətiriləndən sonra təbii ki, ekspertizanın rəyi alınacaq. Ondan sonra fikir söyləmək olar”, - deyə Ağcabədi Rayon Prokurorunun böyük köməkçisi Ərəstun Quliyev qeyd edib.

16 yaşlı Səltənətin valideynləri də hansısa məlumatı vermək istəmədilər. Yalnız şifahi bildirdilər ki, cinayətə səbəb qız və oğlan arasındakı mübahisə olub. Aydın Qasımov Səltənəti öldürdükdən sonra zəng edərək valideyinlərinə qızlarını boğduğunu deyib.

Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. Qətlin səbəbi də araşdırmalardan sonra məlum olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA