Biləsuvarda iki qardaşın güllələnməsinin təfərrüatları

img

09-10-2014 [21:04]


Biləsuvarda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. 

Rayonun Xırmandalı kəndində qeydə alınan hadisə torpaq mübahisəsi zəminində baş verib. 

Kənd sakini Fərhad İsmayılov "Oba” adlanan ərazidə "Tula” markalı ov tüfəngindən həmyerliləri Adış və Bayram Novruzov qardaşlarına atəş açıb. Bayram qarın boşluğundan, Adış isə qarın və bud nahiyyəsindən güllə yarası alıb. Yaralı qardaşlar dərhal Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıblar. 

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra B. Novruzovun vəziyyəti ağırlaşıb və o, Salyan mərkəzi rayon xəstəxanasına aparılıb.O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hər iki yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Hadisəni törətmiş F. İsmayılov isə könüllü olaraq Biləsuvar rayon polis şöbəsinə gələrək təslim olub. O, istifadə etdiyi ov tüfəngini də polisə təhvil verib. 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA