Poroşenko qərar verdi

img

09-10-2014 [19:55]


Ukrayna prezidenti Pyotr Poroşenko lüstrasiya haqqında qanunu təsdiqləyib.

Bu barədə xəbər Ukrayna prezidentinin saytında yerləşdirilib. Xəbərdə bildirilir ki, prezident sentyabrın 16-da Ali Rada tərəfindən qəbul edilən "Hakimiyyətin təmizlənməsi haqqında" qanunu imzalayıb.

"Bu gün Ukrayna üçün tarixi bir gündür. Lüstrasiya haqqında qanun təsdiqləndi. Hakmiyyət təmizlənəcək", deyə prezident Poroşenko Facebook səhifəsində yazıb.

Hakimiyyətin təmizlənməsi haqqında qanun (lüstrasiya qanunu) istənilən şəxsin hər-hansı hakimiyyət orqanında vəzifəyə təyin edilməsi məsələsinə baxıldıqda müvafiq yoxlama prosedurunun aparılmasını nəzərdə tutur(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA