İŞİD Bağdada iki amansız hücum etdi, ölən və yaralananlar var

img

09-10-2014 [16:44]


İraqının paytaxtı Bağdadın müxtəlif bölgələrinə 2 amansız hücum təşkil edilib.

 

Anadolu Agentliyi xəbər verir ki, paytaxta təşkil edilən hücumda 12 nəfər ölüb, 34 nəfər yaralanıb.

 

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Bağdadın şərqində yerləşən Əs-Sadr şəhərindəki yanacaqdoldurma məntəqəsini yaxınlığında bomba yüklü avtomobillə təşkil edilən hücumda 11 nəfər ölüb, 28 nəfər yaralanıb.

 

Bağdadın mərkəzində yerləşən əs-Sadun prospektində təşkil edilən növbəti hücumda isə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

Hücumları İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD tərəfdarları Feysbuk sosial şəbəkəsində açıqlama verərək hücumları təşkil edən yaraqlını şəhid olaraq qiymətləndiriblər(axar.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA