34 yaşlı kişi evini və maşınını yandırdı - Olay

img

09-10-2014 [12:29]


Bu gün saat 10:00-da İsmayıllı rayonunda ev və avtomobil yandırılıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kürdmaşı kəndində 1980-ci il təvəllüdlü Aqil Əlisurət oğlu Bəşirov özünə məxsus 31 BC 672 dövlət nömrə nişanlı "Moskviç” markalı minik avtomobilinin üstünə yaşadığı evin həyətində benzin tökərək yandırıb. Yanğın nəticəsində alov yaşayış evinə keçib. İsmayıllı və Göyçay Yanğından Mühafizə Hissələrinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.

Lakin Aqil Bəşirov yanğınsöndürənlərə işlərini görməyə mane olub. Hətta yanğınsöndürənlərdən birinə xəsarət də yetirib. Onu hüquq-mühafizə orqanlarının əməkdaşları birtəhər saxlayıblar. Yanğın söndürülüb.

Aqil Bəşirov hadisəni ailə münasibətləri zəmnində əsəbləşdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA