Fövqəladə Hallar Nazirliyi 40 nəfərin yaralandığı ağır qəza haqda açıqlama yaydı

img

09-10-2014 [10:06]


Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax yolunda baş vermiş dəhşətli qəza ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin yaydığı verdiyi məlumata görə, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 40 yaxın sərnişinin yarandığı deyilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA