Polis bölməsində atışma

img

08-10-2014 [23:42]


Türkiyənin Siirt şəhərində polis bölməsinə silahlı hücum olub.

ANS PRESS-in məlumatına görə, bir neçə saat bundan naməlum silahlı şəxslər polis bölməsinə yaxınlaşaraq atəşə tutublar. Polis əməkdaşları isə dərhal onlara qarşılıq verib. Qısa müddətli atışmadan sonra naməlum silahlılar hadisə yerindən qaçıb.

Silahlı hücum zamanı ölən və yaralanan olmayıb. Ehtimal olunur ki, naməlm silahlılar PKK tərəfdarlarıdır.

Jandarma qüvvələri silahlıların tutulması istiqamətində əməliyyatlara başlayıb.

Qeyd edək ki, Türkiyə-Suriya sərhədindəki Kobanidə vəziyyət gərginləşəndəb bu yana PKK tərəfdarları Türkiyənin müxtəlif şəhər və vilayətlərində etiraz aksiyaları keçirirlər. Onlar Türkiyə hökumətinin Kobanidə döyüşən kürdlərə kömək etməsini tələb edirlər. Aksiyalarla əlaqədar bir sıra vilayətlərdə komendant saatı elan edilib. Nümayişlər zamanı isə 19 nəfər ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA