İŞİD Türkiyə sərhəddindən geri çəkilir - Yenilənib

img

08-10-2014 [16:53]


İŞİD-in Kobaniyədəki irəliləyişi yavaşıyıb. 

Avropa.info-nun məlumatına görə, bu barədə açıqlama IŞİD-ə qarşı mübarizə aparan kürd döyüşçülərdən gəlib. PKK təşkilatının Suriya qolu açıqlama verərək hava hücumlarının IŞİD qüvvələrinə qarşı təsirli olduğunu bildirib.
 
Bölgədəki kürd döyüşçülər isə hava əməliyyatları üçün gecikdiklərini vurğulayıblar. 

IŞİD-in Kobaniyəyə qarşı 3 həftədir davam edən hücumlarında ən azı 400 nəfərin öldüyü, 200 minə yaxın adamın isə sərhədi keçərək Türkiyəyə sığındığı bildirilir. 

***

Artıq üç həftədir davam edən qarşıdurmalardan sonra İŞİD Kobaninin girişinədək geri çəkilməyə başlayıb. İki gün əvvəl Kobanidə bayraq dalğalandıran İŞİD ABŞ bombalarından sonra ciddi itki verməyə başlayıb.

Kobani bölgəsinin xarici işlər nazirinin müavini İdris Nassa "Reuters”ə verdiyi məlumatda İŞİD-in şəhərin girişindən geriyə doğru çəkildiyini bildirib.

"ABŞ-ın bombardmanı təsirli oldu və İŞİD bir çox nöqtədə darmadağın edildi. Bu, onların şəhərə girdikləri gündən bu yana ən böyük itkisi oldu. Bunu İŞİD-in bölgədən tamamilə geri çəkilməsinin başlanğıcı kimi qəbul etmək olar” - deyə İ.Nassa bildirib.

Qeyd edək ki, bir neçə gündür Türkiyə ilə sərhəddəki Suriya şəhərinə hücum edən İŞİD iki gündür şəhərdə bayraqlarını dalğalandırır. Bu günlər ərzində Türkiyə ilə sərhəddə də gərgin anlar yaşanıb. İŞİD növbəti hədəfinin Türkiyə olduğunu bəyan etmişdi.

(virtualaz.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR