İŞİD sabiq deputat da daxil olmaqla 19 nəfəri edam etdi

img

08-10-2014 [11:49]


İŞİD-in İraqda 19 nəfəri edam etməsi ilə bağlı xəbər yayılıb. Lent.az-ın xəbərinə görə, iraqlı hüquq müdafiəçisi Murtəza Musa "Anadolu” agentliyinə açıqlamasında, İŞİD tərəfindən bir ay əvvəl girov götürülmüş əslən türkman olan, keçmiş millət vəkili İman Məhəmməd Yunus əs-Salmanın edam edildiyini bildirib.

Hüquqmüdafiəçisi terrorçuların millət vəkilinin meyitiniailəsinə təhvil verməkdən imtina etdiyini qeyd edib: "Çox güman əs-Salmanın meyiti Təlafardakı Allu Anter quyusuna atılıb”.
KürdüstanDemokratPartiyasının (KDP) Mosul şöbəsinin sədri Səid Memo Mosul yaxınlığındakı Əl-Beac bölgəsində İŞİD-in bir ay əvvəl səbəb göstərmədən 15 nəfəri edam etdiyini söyləyib.
Səlahəddin vilayətindəki tayfaların rəhbəri Xamis əl-Cəbbarə Əl-İlm qəsəbəsində İŞİD terrorçularının 3 nəfəri edam etdiyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA