19 yaşlı gənc özünü partlatdı, 4 polis öldü, yaralılar var - DƏHŞƏT (VİDEO)

img

05-10-2014 [22:04]


Qroznıda törədilmiş terror aktının bəzi təfərrüatları məlum olub.

19 yaşlı Opti Mudarov paytaxt Qroznının 196 illiyi münasibətilə təşkil edilmiş konsertdə iştirak etmək üçün konsert zalına girmək istəyib.

Lakin polis əməkdaşları O.Mudarovdan şübhələnib və onu yoxlamaq istəyib. Bu zaman Mudarov özünü partladıb. Hadisə nəticəsində 4 polis əməkdaşı ölüb, xeyli sayda yaralılar var.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, əgər təhlükəsizlik qüvvələrinin əməkdaşları Mudarovdan şübhələnməsəydi və o, kütlənin içinə daxil ola bilsəydi ölü sayı daha çox olacaqdı.

20:13

Çeçenistanın paytaxtı Qroznıda güclü partlayış baş verib.

Partlayış dəmir yolu vağzalında həyata keçirilib.

Hüquq mühafizə orqanlarının açıqlamasına görə, partlayış nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qroznıdakı partlayış terror aktıdır. Artıq terror aktını törədənin kimliyi müəyyən edilib. O, dəmir yolu vağzalına girərək özünü partladıb.

"Həmin şəxsin kim olduğu məlumdur. O, Staropomıslovsk rayonunun sakinidir. Həmin şəxs iki ay bundan əvvəl evdən gedib və onun barəsində heç bir məlumat olmayıb", deyə DİN-in açıqlamasında bildirilir.

Hazırda hadisə yerində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırmalar aparır(Ans).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA