Türkiyədən İŞİD-də daha bir zərbə, "Fırtına" iki hədəfi də vurdu

img

05-10-2014 [21:55]


Türkiyə Silahlı Qüvvələri İŞİD-ə məxsus iki hərbi maşını topla vurub.

Bu barədə Türkiyənin "Milliyet" qəzeti hərbi mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, Suriya ərazisində Türkiyə torpaqlarına düşən top mərmilərinin atıldığı yeri müəyyən etmək üçün sərhədə AN-TPQ-26 radar sistemi yerləşdirilib. Bu sistem vasitəsilə top mərmilərinin atıldığı yer təyin edilir və həmin nöqtə Türkiyə SQ-yə məxsus "Fırtına" adlı toplar ilə darmadağın edilir.

Son məlumatlara görə, Suriya ərazisindən İŞİD-ə aid iki hərbi maşından Türkiyə tərəfinin atəşə tutulduğu müəyyən edilib. Həmin maşınlar toplar vasitəsilə məhv edilib.

Hərbi mənbələrdən qəzetə bildiriblər ki, İŞİD məqsədli şəkildə Türkiyə ərazisinə top mərmiləri atır. Lakin Türkiyə hərbçiləri bunun cavabını lazımi şəkildə verir(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA