İŞİD-ə təhlükəli dəstək gəldi

img

05-10-2014 [17:52]


"Taliban” terror təşkilatı İŞİD terror qruplaşmasına ABŞ-ın başçılıq elədiyi Qərb koalisiyasına qarşı qüvvələri birləşdirməyi və "ümumdünya islam xəlifəliyi” yaratmaq üçün birgə kampaniya aparmağı təklif edib. 

Musavat.com-un "Reuters”ə istinadən verdiyi xəbərə görə, Əfqanıstanda və Pakistanda fəaliyyət göstərən "Taliban”ın bəyanatı Qurban bayramı gününə təsadüf edib. "Bizim qardaşlarımız, sizin qələbələrinizlə fəxr edirik. Biz sevinciniz və qəmlərinizdə sizinlə bir yerdəyik”, - deyə bayramla bağlı "Taliban” nümayəndəsi Şəhidulla Şahidin naməlum ünvandan göndərdiyi müraciətdə bildirilir.

"Bu qarışıq, ələlxüsus da düşmənlərimizin bizə qarşı birləşdiyi günlərdə sizin səbir və möhkəmliyinizə çağırış edirik. Lütfən, daxili ziddiyyətləri kənara qoyun. Dünyanın bütün müsəlmanları sizə böyük ümidlər bəsləyir. Biz sizinləyik. Biz sizə mücahidlər göndərə, hər cür köməklik göstərə bilərik” – əlavə edib taliblərin sözçüsü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA