Bakıda quldur dəstəsi tutuldu

img

04-10-2014 [16:34]


Bakıda quldurluqda şübhəli bilinən dəstə üzvləri tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sentyabrın 30-da Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat, 200 ABŞ dolları, qızıl əşyaları və ov tüfəngi aparılıb. Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA