İŞİD-ə qarşı daha bir dövlət qoşuldu

img

04-10-2014 [12:06]


Daha bir ölkə İŞİD qruplaşmasına qarşı mübarizə üçün beynəlxalq koalisiyaya qoşulur. 

Artıq Kanada baş naziri Stiven Harper ölkəsinin İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulması üçün parlamentin icazəsinə nail olmağa çalışacağını bəyan edib. 

Harper Kanadaya məxsus bir neçə hərbi təyyarəni 6 ay müddətinə əməliyyat bölgəsinə göndərmək niyyətindədir. Kanadanın quru əməliyyatında iştirak etməsi ehtimalını isə Stiven Harper qəti şəkildə istisna edib. 

Kanadanın müxalifət partiyaları isə ölkənin İŞİD-ə qarşı əməliyyatlarda iştirakına qarşı səs verəcəklərini bəyan ediblər(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA