Türkiyənin hücum qərarına ABŞ-dan reaksiya - VİDEO

img

04-10-2014 [00:07]


Türkiyə parlamentinin koalisiyada yer almaq qərarına Amerika Birləşmiş Ştatlarında necə yanaşırlar?

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ABŞ Türkiyə Böyük Millət Məclisinin qəbul ediyi bu qərarını çox müsbət qarşılayıb. Çünki İŞİD-ə qarşı koalisiya yaranan gündən etibarən ABŞ məhz Türkiyənin iştirakını çox vacib və əhəmiyyətli bir ölkə olduğunu hesab edirdi. Artıq Birləşmiş Ştatlardan Türkiyə Böyük Millət Məclisinin atdığı bu addıma reaksiyalar gəlməkdədir. Birləşmiş Ştatların müdafiə naziri Çak Heygel bildirib ki, onlar Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi bu qərardan çox məmnundurlar və qərarın icrası üçün birlikdə addım atacaqlar.

Bundan başqa Dövlət Departamentinin sözçüsü Cen Psaki də məsələyə münasibət bildirib. O, qeyd edib ki, Türkiyə terrorizmə qarşı mübarizənin və NATO-nun vacib müttəfiq ölkəsidir. Ona görə də onlar Türkiyənin bu addımı çox müsbət qarşılayırlar.

Daha ətraflı videoformatda:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA