Bakıda daha bir məmur qəza törətdi, piyada vuruldu

img

03-10-2014 [13:36]


Bakı şəhərinin Nərimanov rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektində, "Həyat" mebel slonunun qarşısında 1987-ci il təvəllüdlü Əzizağa Heydərov idarə etdiyi "BMW 320" markalı avtomobillə yolu keçən Əsgərov Ramil Ramiz oğlunu vurub. Piyada ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 Qeyd edək ki, qəzanı törədən Ə.Heydərov Nəsimi rayon Məhkəməsində icra məmuru vəzifəsində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA