Bakıda ata və oğul güllələnib

img

02-10-2014 [13:37]


Bakıda silahlı insident baş verib.Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyevə və onun oğlu 1998-ci il təvəllüdlü Ayxan Savalanlıya atəş açıb.

Silahlı insident zamanı xəsarət alan ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən H. Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA