Məşhur azərbaycanlı aftoritet azadlıqda

img

02-10-2014 [10:59]


Ötən ilin mart ayında üzərində "Makarov" tipli tapança aşkar olunduğu üçün həbs olunan "Rafiq Masallinski” (Rafiq Eyvazov) sərbəst buraxılıb.

"Qafqazinfo”ya daxil olan məlumata görə, Rafiq Eyvazov bir neçə gün əvvəl Masallıda toy mərasimində də iştirak edib. Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.

Qeyd edək ki, 2013-cü ildə "Rafiq Masallinski” Nəsimi rayonu ərazisində saxlanılmışdı. "Bandotdel”in keçirdiyi əməliyyat nəticəsində üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədədpatronolan "Makarov" tipli tapança aşkar edilərək götürülmüşdü.

Xatırladaq ki, o, əslən Masallıdan olan tanınmış və mərhum "qanuni oğru” Məmməd Hüseynovun ("Masallı Mamed”) sağ əli olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA