Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyata başlayır

img

01-10-2014 [10:35]


Türkiyə ordusu İraq və Suriyada hərbi əməliyyatlar keçirməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, ölkənin baş naziri Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrinə xarici ölkələrdə hərbi əməliyyatları aparmağı nəzərdə tutan qanun layihəsini parlamentə göndərib.

Qanun layihəsində bildirilir ki, Türkiyənin cənubda olan quru sərhədləri böyük təhdid altındadır. Suriya və İraqda olan terror qruplaşmaları ölkə sərhədlərinin təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Türkiyə anti-İŞİD koalisiyasının hərbi əməliyyatlarında yer almayıb. Layihənin parlamentə göndərilməsi isə o deməkdir ki, Türkiyə İŞİD-ə qarşı anti-İŞİD koalisiyasına qoşularaq quru hərbi əməliyyatlarına hazırlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA