Bakı-Quba yolunda sürücü özünü və qaçırdığı qızı yandırdı - VİDEO

img

30-09-2014 [17:01]


Bu gün saat 14:55 radələrin Bakı-Quba-Rusiya yolunun 145-ci kilometrliyində qız qaçırmaq istəyən gənc faciəvi şəkildə ölüb. 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov Abşeron rayon, Saray qəsəbə sakini, 1989-cu il təvəllüdlü Lalə Fəxrəddin qızı Xanıyevanı qaçırıb.

Gənc qızı "Mercedes” markalı 50 CP 716 dövlət nömrə nişanlı avtomaşını ilə qaçırıb. Lakin qız buna mane olub. Qız qapını açaraq qaçmaq istəyib. Gənc əlindəki benzini üstlərinə tökərək yandırmaq istəyib. Bu zaman avtomobil yol kənarındakı dəmir maneəyə çırplıb.

Hadisə nəticəsində Mansur Yaqubov yanaraq ölüb. Qaçırdığı qız Lalə Xanıyeva isə yüngül yanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA