Daxili Işlər Nazirliyinin 3 idarəsi Abşeronda əməliyyat keçirdi

img

29-09-2014 [17:24]


Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

 Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hökməli qəsəbə sakinləri Cavidan Cəbrayılovdan 1 ədəd "Makarov" markalı tapança və 4 ədəd patron, Ədalət Xəlilovdan alışqanı ilə birgə 2 qutu trotil, 1 ədəd "F-1" qumbarası, 34 ədəd müxtəlif çaplı patron, Ceyhun Xəlilovdan 10 qram marixuana və Mübariz Cəbrayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 1 kiloqram olan 7 çətənə kolu aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA