28-09-2014 [20:21]
Kulturoloq Elmir Mirzoyevin "Azərbaycan niyə maraqsızdır?" yazısını oxudum. Yazının adının sonuna qoyulmuş sual işarəsi birbaşa cavab istəyir.
Azərbaycan ona görə maraqsızdır ki, azərbaycanlıların özü maraqsızdır. "Axşam olsaydı, yatardıq",- fəlsəfəsi ilə yaşayan adamlar, yaxud "axşam olsaydı yatardıq",- fəlsəfəsi ilə yaşayan adamların yaşadığı ölkə necə maraqlı ola bilər?
Onlar "axşam olsaydı, yatardıq",- sözünü dilə gətirərkən, heç də zarafat etmirlər. Bu, həqiqətən də belədi. Zövqsüzlük, bayağılıq adamın ürəyini bulandırır.
Metro qatarı tuneldə dayananda "təkəri partladı", "benzini
qurtardı",- deyən adamların yaşadığı ölkə niyə maraqlı olmalıdır? Bu
adamlar əlli ilin zarafatlarını, lətifələrini, Azərbaycan filmlərindən
əzbərlədikləri atmacaları gündəlik söhbətlərində işlətməkdən, təkrarlamaqdan
yorulmurlar. "Tanıdım, gülsatan qız", "şəhərdə iki-iki, üç-üç
gəzmək qadağandı", "Saqqal Ramiz"... Of, adam hətta təkrarlamaq
da istəmir. Özü də bu sözlərdən hər bir təbəqədən olan azərbaycanlılar istifadə
edirlər.
Hər ay müxtəlif müəllif yazılarında belə adlar görürəm - çağırsa ellər, gedərəm filan yerə... Yazı yazırsan, adamların yazıya bir cümləlik münasibəti hazırdı - davam edir 37. Bəsdirin də, öz savadsızlığınızı, zövq-süzlüyünüzü nümayiş etdirib özünüzü biabır etməkdən yorulmadınız?
Sizin baxdığınız həmin filmlərdən sonra nə qədər filmlər çəkilib. Başa düşün, dünyada "Əhməd haradadı"
filmindən başqa nə qədər filmlər var. Əlbəttə, bir filmə baxıb həmin filmdəki
hadisələrlə ölkədə baş verən hadisələr, öz şəxsi həya-tınəarasında paralellər
aparmaq istedad, zəhmət tələb edir.
Azərbaycanlıların böyük əksəriyyətinin hobbisi, nəsə bir sahəyə
marağı yoxdu. Nadir istisnaları nəzərə
alıram. Amma bu nadir istisnalar çox təəssüf ki, mənzərəni dəyişmir. Çox
istərdim bir qəzet, bir telekanal küçədə adamlar arasında sorğu aparsın.
Soruşsunlar görək, bizim insanların bir hobbisi varmı? Görək, hər yüz adamdan
neçəsinin nəyə marağı var.
Azərbaycanlılar bir şeyə maraq göstərirlərsə, bilin ki, maddi maraq
güdürlər. Amma dünya təkcə puldan ibarət
deyil. Onlar isə düşünürlər ki, dünya təkcə puldan ibarətdir. Pulun varsa, hər
şey edə bilərsən. Hətta öz mənəvi boşluğunu da pulla doldura bilərsən. Məsələn,
gedib bahalı brendləri alıb əyninə geyinərsən, evini bahalı mebellərlə,
əşyalarla doldurarsan və hər şey bitər. Halbuki, az pulla da maraqlı həyat
yaşamaq mümkündür. Bu da insandan zövq və istedad tələb edir. Hər yerə mərmər
döşəməklə iş bitmir. Mənalı həyat yaşamaq üçün zövq və istedad da lazımdır.
Buyurun, Rustavi şəhərində bir insan - Qari Şapizde - uşaq bağçasının
direktoru sıradan çıxmış, yəni öz ömrünü təyyarə kimi başa vurmuş təyyarədən
uşaq bağçası düzəldib. İstedadla və
zövqlə həyata keçirilmiş bir iş nə qədər jurnalistin, nə qədər xarici
vətəndaşınədiqqətin çəkib və çəkməkdədir.
Azərbaycanlılar isə düşünürlər ki, hər yerə mərmər döşəməklə regionun lider dövlətinə çevriləcəklər. Sizin mərməriniz heç kimə lazım deyil. Daha doğrusu, heç kimə maraqlı deyil. Əgər kimsə, hər hansı əcnəbi bu mərmər döşənmiş küçələri, zövqsüz tikilmiş binaları tərifləyirsə, bilin ki, onun maraqları var. Səmimi deyillər. Sadəcə, bizi tərifləyib dolayırlar. Həm də pul qazanırlar.
Düzdü, bəziləri yenə azərbaycanlıları gürcülərlə müqayisə etməyimizdən və
üstünlüyü gürcülərə verməyimizdən cırnayacaqlar. Bu adamlar Gürcüstanı,
gürcüləri, gürcü mədəniyyətini tanımayan adamlardı. Bir də ki, hər şeyi pulla,
zövqsüz bər-bəzəklə, bayağı təmtəraqla ölçən adamlara zövqdən, fədakarlıqdan,
orijinal ideyaların əhəmiyyətindən danışmaq həqiqətən də mənasızdı.
Mən qonşularımızdan xeyli misallar gətirə bilərəm. Lakin sıradan çıxmış təyyarədən uşaq bağçası düzəltmiş
bir bağça direktorunu nümunə gətirmək arif adamlar üçün yetərlidi. Başa
düşməyənlər üçün istəyirsən burda epopeya yaz, yenə də xeyiri yoxdu.
Sözün həqiqi mənasında, bir çox insanlar gürcülərdən və Tiflisdən niyə bu qədər yazmağımı anlaya bilmir. Onlar elə düşünürlər ki, biz, sadəcə, cığallıq edərək adamları, özümüzünküləri cırnatmaq istəyirik. Əlbəttə, dünyaya yaradıcı yöndən baxa bilməyən adamlar Tiflisdən heç bir zövq ala bilməyəcəklər. Onlara mərmər döşənmiş bir uzun bulvar lazımdı ki, o tərəfə, bu tərəfə gəzsinlər, arada bir ürəkləri istəyəndə də, şitlik edib mərmərin üstündə sürüşsünlər. Çox darıxanda bir-birilərini bıçaqlasınlar. Hətta bir çox azərbaycanlılar Tiflisin paxıllığın çəkirlər. Gəlirlər bura, ora-buranı gəzib qayıdırlar ölkələrinə və deyirlər: "Getdik gördük, nədi eeeeeeeeeee ora".
Əlbəttə, sizin üçün heç nədi. Görmək istədiyiniz ticarət mərkəzləri, alış-veriş mərkəzləri, bahalı brendlərin satıldığı mağazalar burda yoxdu. O mağazalar ki, sizin üçün muzeyi, incəsənət mərkəzlərini, opera teatrını əvəz edir. Gedin, o mağazaları başqa yerdə axtarın.
Siz Tiflisin köhnə küçələrində gəzərkən heç düşündünüzmü ki, bir vaxtlar bu küçələrdən Mirzə Cəlil, Üzeyir bəy, Axundzadə keçib. Bu küçələrdə onların ruhu dolaşır. Bu şəhərdə "Molla Nəsrəddin" jurnalı nəşr olunub. Bu şəhərdə sizin fəxr etdiyiniz Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Bunları heç düşündünüzmü? Ümumiyyətlə, Mirzə Cəlil, Axundov, "Molla Nəsrəddin" jurnalı sizə lazımdırmı? Düşünmədinizsə, əlbəttə, kasıb bir şəhər sizin üçün maraqsız olacaq. Qınamıram. Hərə bu dünyanı öz anlayışları ilə ölçür, hər kəs dünyanı öz baxışları ilə qəbul edir. Əgər bir şəhərdə böyük ticarət mərkəzləri, alış-veriş mərkəzləri yoxdursa, oranı azərbaycanlılara necə sevdirmək olar? Dubay olan yerdə Tiflis azərbaycanlıların nəyinə lazımdır?
Yekə-yekə istirahət mərkəzləri, yekə-yekə zövqsüz restoranlar tikməklə əcnəbilərdə ölkənizə maraq oyada bilməyəcəksiniz. Görəsən, nə qədər adam bilir Hacı Muradın qəbiri Azərbaycanın hansı ərazisindədi.
Qax rayonunda o qəbiri bir balaca qaydaya salıb, yanına bir məlumat lövhəsi vurub, yolun qırağına qəbrin yerini göstərən bir işarə qoysanız, bəyəm dünya dağılar? O qəbir gürcülərin əlində olsaydı, Erkin Qədirli demişkən, yanına beş-altı əhvalat da quraşdırıb gəlib-gedəni aparcaqdılar ora. Azərbaycanlıların isə əhvalatı yoxdu. Əhvalat quraşdıra bilmirlər. Əhvalatsız ölkə, əhvalatsız insan da başqalarında maraq oyatmır. Bütün bunlar da insandan zövq, istedad, savad tələb edir. Nə qədər böyük zülmdür. Bir şeyi təkarar-təkrar yazmaq məcbiriyyətindəsən.
Yadıma bir əhvalat düşdü. Bir tarixçi dostumla Tiflisdəki tarix muzeyində gəzirdik. Muzeyin işçisi danışırdı. Tarixçi dostumun yerinə mən olsaydım, tez tarixçi olduğumu bildirərdim, mübahisə edərdim, muzeyin işçisinin səhv dediyini üzünə vurardım. Bu adam isə heyrət etdiyim bir səbrlə muzeyin işçisini dinləyirdi. Sonra həmin tarixçi (Almaniyada yaşayır. Azərbaycanlıdı) dedi: "Bilirsən, bunlar da nağıl danışır, amma məsələ ondadır ki, nağıl danışmağı bacarırlar. Biz heç onu da bacırmırıq".
Bu mənada hörmətli Erkin Qədirlinin (zəruri qeyd: Erkin müəllim belə ağıllı sözləri qədim vaxtlarında deyirdi. Yəni, Sərkisyanı siçan dərmanı ilə öldürüb, sonra bu cinayəti başqasının üstünə atmaq eşqinə düşməmişdən əvvəl) nə demək istədiyini anlayıram. Erkin müəllimin sözündə böyük həqiqət var. Hər şeyin əhvalatı olmalıdı. Ölkənin, insanın, restoranın, firmanın, mağazanın, hər şeyin. Əhvalatsız alınmır. Azərbaycanın, azərbaycanlıların əhvalatı yoxdu. Əhvalat düzəldə bilmirik. Təkcə Vasif müəllim əhvalat düzəltməyə çalışır. O da təkdi. Tək olduğuna görə də alınmır. Həm də elə böyük mövzulardan yapışıb ki, bu mövzularda (məsələn, Nuh peyğəmbər) əhvalat düzəltmək bir az çətindir.
Biz elə bilirik ki, gələn qonağın qarşısına müxtəlif növ kabab düzməklə ölkəyə maraq oyadacayıq. Düzdü, həqiqətən də azərbaycanlılar çox gözəl kabab hazırlayırlar. Bu işdə nə türklər, nə gürcülər, nə iranlılar, nə də ermənilər bizim heç tozuma da çata bilməzlər. Lakin tək kababla iş bitmir. Gəlin, səmimi olaq. Hansımız öz qonağımızı muzeyə, incəsənət mərkəzinə aparırıq? Hansımız öz qonağımıza ölkəni mədəniyyət tərəfindən tanıdırıq? Qonağı tez aparırıq restorana, kababdan sifariş verib tökürük qabaqlarına. Elə bilirik yaxşı işlə məşğuluq.
Almaniyada yaşayan bir dostumuz var. Deyir ki, Azərbaycana getmək mənim üçün işgəncədi, qohumlarımız bir-bir aparırlar rstorana, kababdan yedizdirirlər...
O cür məclislərdə də söhbətin nədən gedəcəyini təsəvvür etmək heç də çətin deyil.
Yadıma düşmüşkən, bir məsələni də yazım. Acından ölən Gürcüstan (sözün həqiqi mənasında Gürcüstan əhalisinin böyük hissəsi kasıblıqdan böyük əziyyət çəkməkdədi) büdcədən pul ayırıb gürcü yazıçılarının əsərlərini başqa xalqların dillərinə çevirir. Sabah hansısa bir gürcü yazıçısı dünyanın nüfuzlu bir mükafatını alanda bizim əbədi minusovkamız işə düşəcək: "Hə də, xristianlar bir-birilərinə dəstək verirlər".
Lap tutaq ki, dəstək verirlər. Əcəb edirlər. Siz də bir-birinizə dəstək verin. Azərbaycanlılar, ümumiyyətlə, müsəlmanlar məsuliyyətdən yaxa qurtarmaq üçün belə bəhanələr uydurmaqda püxtələşiblər. Heç kim əlini ağdan-qaraya vurmaq istəmir, heç kim fədakarlıq etmək istəmir, sonra da oturub saatlarla müzakirələr aparır və bu suala cavab tapmaq istəyirlər: "Biz niyə bu gündəyik?".
Bizim adamların ayaqyoluna "mədəniyyət evi" adı qoyması onarın mədəniyyətə münasibətinin səmimi göstərcisidi. Onlar zarafat etmirlər, ciddidirlər. Ayaqyoluna "mədəniyyət evi" adı qoymaq onların mədəniyyətə münasibətinin, daxili dünyalarının sözlə ifadəsidi. Müxtəlif məkanlarda, müxtəlif məclislərdə bu sözü müxtəlif təbəqələrdən olan adamların dilindən eşitmişəm. Həkimin, tələbənin, müəllimin, iş adamının, məmurun, kəndlinin, fəhlənin dilindən: "Gedim bir "mədəniyyət evi"nə dəyim, gedim bir "mədəniyyət evi"nə baş çəkim gəlim...".
reytinqinfo.az
Sabahın hava proqnozu açıqlandı
Xırdalanda dəhşətli qətl: 35 yaşlı şəxsin küçədə boğazını kəsiblər
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib
Rusiya və Ukrayna 1000 hərbi əsiri dəyişəcək - İstanbulda əsir mübadiləsində anlaşma oldu
Ayağı kəsiləcək deyilən Mert Hakan Yandaşdan açıqlama: "Meydana dönməyi səbrsizliklə gözləyirəm"
İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Babayan, Mnatsakanyan və... - Bakıda növbəti məhkəmə + FOTOLAR
Qayıdış nəğməsi
Makron: "Putinin davranışı qəbuledilməzdir"
Starmer Tiranada: "Ukrayna sülh istəyir, lakin Putin..."
Oleq Bakinski yenə hakim qarşısına çıxarıldı
Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb