"Biz amerikalıları məcbur edə bilmərik ki,..." - Lavrov

img

28-09-2014 [19:32]


"Mən mütəmadi şəkildə ABŞ-ın dövlət katibi Con Kerri ilə əlaqə saxlayıram. Əlbəttə, əlaqələr üçün başqa kanallar da var. Bu əlaqələrdən biz kənarlaşmırıq, ancaq biz amerikalıları məcbur edə bilmərik ki, onlar bizimlə dost olsunlar”. 


Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov belə deyib. Bu barədə "ИТАР-ТАСС” agentliyi xəbər verir. 


"Əsas problem ondadır ki, biz münasibətlərin normallaşmasında qəti şəkildə maraqlıyıq, ancaq bu münasibətləri biz aradan qaldırmamışıq. İndi isə ortada olan gərginliyin aradan qaldırılmasına ehtiyac var. Ancaq Barak Obama administrasiyası hələ ki, buna maraq göstərmir. Bizim indi ABŞ-la münasibətimiz oğul Buşun prezidentliyinin son illərindəki kimi xoş deyil”, - Rusiyanın baş diplomatı deyib. 

"Hazırda Obama administrasiyası ABŞ-la Rusiya arasında məhz onların zamanında yaranmış əlaqələri də dağıtmağa başlayıb. Yəqin ki, hələ bu istiqamətdə yeni şeylər də düşünəcəklər”.

"Bir neçə il əvvəl prezidentlərə bağlı komissiya yaradılmışdı, onların çərçivəsində isə işçi qrupu formalaşdı. Bu qruplar sırasında terrora qarşı mübarizə, narkotik alveri, iqtisadi məsələlər, mülki cəmiyyətlər arasında əlaqələr özünə yer almışdı. Haradasa 20 işçi qrupu fəaliyyətdə idi və geniş sahələri əhatə edirdi. İndi həmin qrupların fəaliyyəti ABŞ-ın istəyi ilə dondurulub”, bu barədə isə Lavrov "РИА "Новости”yə bildirib. 

Agentlik xatırladır ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov hələ iyun ayında bu məsələyə toxunaraq demişdi ki, Rusiya ilə ABŞ arsındakı ənənəvi əməkdaşlıq formaları Vaşinqtonun istəyi ilə dondurulub.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA