Bakıda 5 yaşlı uşaq faciəli şəkildə öldü- Video

img

27-09-2014 [10:07]


Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi, bina 160 v, mənzil 54 ünvanında yaşayan Qardaşovlar ailəsi 5 yaşlı övladını itirib.

"Qafqazinfo” ans tv-yə istinadən xəbər verir ki, 2009-cu il təvvəlüdlü Əli Qardaşov mənzilin eyvanından yıxılaraq dünyasını dəyişib. Uşağın atası Elşad Qardaşovun dediyinə görə, o hadisə zamanı evdə olmayıb. Əli ehtiyyatsızlıqdan pəncərənin çərçivəsinə söykənib və məlum hadisə baş verib.

Ailənin dediyinə görə, onların biri qız olmaqla iki övladı var. Əli isə evin son beşiyi olub. Hadisə zamanı isə Əli mənzilin eyvanında oyuncaqları ilə oynayırmış.

Bu gün 5 yaşlı Əli artıq torpağa tapşırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində istintaq araşdırmalarına başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA