Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
07-04-2026 [10:25]
“The Hindu” nəşri Suhasini Haidar-ın "A year after Operation Sindoor tensions, India and Azerbaijan decide to reset ties" (Sindoor əməliyyatı ilə bağlı gərginlikdən bir il sonra Hindistan və Azərbaycan münasibətləri yenidən qurmaq qərarına gəliblər) adlı məqaləsində iki ölkə arasında son dönəmdə münasibətlərin yenidən şəkillənməsinə diqqət çəkilir.
Hindistan və Azərbaycan arasında son bir ildə yaranmış gərginlikdən sonra münasibətlərin yenidən qurulması sadə diplomatik hadisə deyil. Bu proses daha geniş geosiyasi kontekstdə — xüsusilə Hindistan–Pakistan qarşıdurması fonunda qiymətləndirilməlidir.
Məqalədə qeyd olunur ki, tərəflər münasibətləri yenidən başlatmaq qərarına gəlib: “After a year of tensions… the governments decided to reset ties as senior officials met in Baku.”
(“Bir il davam edən gərginlikdən sonra… hökumətlər Bakıda yüksək səviyyəli görüş keçirərək münasibətləri yenidən qurmağa qərar verdilər”).
Bu, sadəcə texniki diplomatik addım deyil, münasibətlərin strateji şəkildə yenidən kalibrasiyasıdır: “The two sides comprehensively reviewed the state of bilateral relations.” (“Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini hərtərəfli nəzərdən keçirdilər”).
Danışıqların gündəliyi isə olduqca genişdir: “The issues discussed included trade, technology, tourism, pharmaceuticals, energy, culture, people-to-people exchanges and fight against cross-border terrorism.” (“Müzakirə olunan məsələlərə ticarət, texnologiya, turizm, əczaçılıq, enerji, mədəniyyət, insanlararası əlaqələr və sərhədlərarası terrorizmlə mübarizə daxil idi”).
Xüsusilə “cross-border terrorism” ifadəsi təsadüfi deyil. Məqalədə açıq şəkildə vurğulanır: “The reference to cross-border terrorism… indicates that the two countries have smoothed over some of their differences.” (“Sərhədlərarası terrorizmə istinad… iki ölkənin bəzi fikir ayrılıqlarını aradan qaldırdığını göstərir”).
Bu nöqtədən sonra məsələni daha sərt geopolitik prizma ilə qiymətləndirmək vacibdir.
Mənim fikrimcə, bu yaxınlaşmanın əsas açarı Hindistan–Pakistan qarşıdurmasıdır. Azərbaycan uzun illərdir Pakistanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlər xüsusilə Qarabağ məsələsində açıq dəstək üzərində qurulub.
Digər tərəfdən, Hindistan Ermənistanla əməkdaşlığı gücləndirib. Bu isə Azərbaycan–Hindistan münasibətlərində ciddi gərginlik yaradıb. “Operation Sindoor” zamanı Azərbaycanın Pakistanı müdafiə edən mövqeyi də bu ziddiyyəti daha da kəskinləşdirib.
Bu kontekstdə Hindistanın Azərbaycanla münasibətləri “reset” (yenidən qurmaq) etməsi təsadüfi deyil. Bu, daha çox strateji zərurətdir.
Hindistan üçün Azərbaycan enerji tərəfdaşıdır, Orta Dəhliz layihəsində mühüm tranzit ölkədir, Türkiyə–Azərbaycan–Pakistan xəttinə qarşı balans elementidir.
Azərbaycan üçün isə Hindistan böyük bazardır, enerji ixracı üçün alternativ istiqamətdir, geosiyasi manevr imkanlarını genişləndirmək imkanıdır.
Lakin bu yaxınlaşmanın sərhədləri də aydındır. Azərbaycan Pakistanla strateji münasibətlərdən imtina etməyəcək. Eyni şəkildə Hindistan da Ermənistanla əməkdaşlığını dayandırmayacaq. Bu isə o deməkdir ki, tərəflər arasında yaxınlaşma tam ittifaq yox, məhdud və praqmatik əməkdaşlıq olacaq.
Başqa sözlə, burada söhbət dostluqdan yox, balansdan gedir. Hindistan–Azərbaycan münasibətlərinin yenidən qurulması geosiyasi reallığın diktəsidir. Bu, tərəflərin mövqelərini dəyişməsi deyil, mövcud ziddiyyətləri idarə etmə cəhdidir.
Bu isə müasir beynəlxalq münasibətlərin əsas prinsipini bir daha təsdiqləyir: dövlətlər arasında münasibətləri ideologiya yox, maraqlar müəyyən edir.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub