Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO

img

06-04-2026 [15:54]


Ukrinform agentliyinin yaydığı məlumata görə, Ukrayna hüquq-mühafizə orqanları Rusiya silahlı qüvvələrinin tərkibində döyüşmüş Azərbaycan vətəndaşını Bakıya ekstradisiya edib.

Məlumata əsasən, Hacıqabul rayonundan olan 45 yaşlı şəxs 2023-cü ildə Rusiya ordusu ilə müqavilə bağlayaraq Donetsk istiqamətində Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edib. O, 2024-cü ilin iyun ayında Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb və sonradan Azərbaycanın Baş Prokurorluğunun müraciəti əsasında ölkəsinə təhvil verilib.

Bu addım Ukraynanın beynəlxalq hüquqa uyğun hərəkət etdiyini göstərməklə yanaşı, Azərbaycanla münasibətlərdə qarşılıqlı etimadın mövcudluğunu da nümayiş etdirir.

Qeyd olunmalıdır ki, indiyədək Rusiya–Ukrayna müharibəsində müxtəlif tərəflərdə döyüşən azərbaycanlıların həlak olması halları qeydə alınıb. Bu isə həmin iştirakın fərdi xarakter daşıdığını və dövlət siyasətini əks etdirmədiyini göstərir.

Elbəyi Həsənli,

Sürix

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA