İŞİD haqqında gizli görüntü yayıldı - VİDEO

img

26-09-2014 [09:11]


İŞİD terrorçu qruplaşması tərəfindən tutulan Suriyanın Rakka şəhərinin yeni görüntüləri yayılıb.

Suriyalı bir qadın gizli kamera vasitəsi ilə İŞİD-çilərin şəhərdə necə davrandığını çəkib. 

Həyatı ilə risk edən müsəlman qadın niqabının altında gizlədilmiş yığcam videokameranın köməyi ilə unikal kadrlar çəkib. 

Görüntülərdən görünür ki, İŞİD-in əsas məntəqəsinə çevrilmiş Rakka şəhərinin hər tərəfində silahlılar gəzişir. Uşaq meydançasına körpələri aparan qadınlar da belə avtomatlar var.

Həmin qadın çəkiliş apararkən küçədə döyüşçülərin avtomobili dayanır. O, qorxur ki, kameranı görüblər. Lakin döyüşçülər onun üzünün çox açıq olduğunu ona irad bildirir. İnternet-kafeyə girdikdə onun kimi geyinmiş qadınların öz aralarında təmiz fransızca ünsiyyət saxladığını görür. Müəllif sonra izah edir: "Bura şəxsi niyyətə görə gəlmiş Fransanın sakinləridir". Onların "Skype"la danışıqları da qadının görüntülərində yer alıb: "Ana, mən qayıtmayacağam".


anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA