İRAN ABŞ-ın 48 SAATLIQ ATƏŞKƏS TƏLƏBİNİ DƏ RƏDD ETDİ: "Şərtlərimiz bəllidir"

img

04-04-2026 [00:04]


 Pakistan vasitəsiylə Amerika ilə danışıqdan geri çəkilən iran Amerikanın 48 saatlıq atəşkəs istəyinə də "yox" deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Vaşinqton administrasiyası bu gün belə bir tələblər rəsmi Tehrana mesaj göndərib, lakin "yox" cavabı alıb.

Məlumatda deyilir ki, İran atəşkəs deyil, ölkəsinə vurulmuş zərərin ödənilməsi və bir daha ölkəsinə hücum olunmayacağına təminat şərtiylə sülh sazişi istəyir.

Bu barədə İranın Fars Xəbər Agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki, Tehran rejiimi ABŞ-ın atəşkəs tələbini qarşı tərəfərin "vaxt qazanmaq üçün manevr"i hesab edir: "ABŞ-ın bölgədəki bazalarına  və İsrailə hücumlar şərtlərimiz yerinə yetirilməyincə dayanmayacaq".

Xatırladaq ki, İranın Pakistanın vasitəçiliyi ilə  ABŞ-la gedən danışıqları da dayandırdığı xəbəri yayılıb.

Samir MUSAYEV
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA