Abdullah Gül üçün qəbiristanlıq hazırlanacaq

img

25-09-2014 [17:21]


Kayseri Böyük Şəhər Bələdiyyə başqanı Mehmet Özhasaki Türkiyənin 11-ci prezidenti Abdullah Gül üçün dövlət qəbristanlığı hazırlanacağını deyib. 

Mia modern.az-a istinadən xəbər verir ki, Mehmet Özhasaki bunu keçmiş prezident Abdulla Gülün vəsiyyəti olduğunu qeyd edib. Onun sözlərinə görə Abdulla Gül Kayseridə dəfn edilməsini vəsiyyət edib.

"Bu məqsədlə  şəhər qəbiristanlığının girişində dövlət məzarlığı hazırlanacaq. Cənab Abdulla Gül ata yurdu olan Kayserini çox sevdiyini və qəbrinin burada olmasını istəyir. Onun bu sözlərindən sonra Böyük Şəhər Bələdiyyəsinin qərarı ilə şəhər qəbiristanlığının girişindəki hüzr məclisləri aparılan evin arxasındakı yaşıl sahədə dövlət məzarlığı olacaq”.,-deyə M. Özhasaki bildirib.  

Qeyd edək ki, Abdulla Gül  2007-2014-cü illərdə Türkiyə prezidenti olub.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA