Böyük Britaniya da İŞİD-ə qarşı vuruşacaq

img

25-09-2014 [12:05]


Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə İraqda İŞİD-ə qarşı hərbi kampaniyaya Böyük Britaniya da qoşulmalıdır. 

ANS PRESS-in verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeron Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bəyan edib. 

Kemeronun sözlərinə görə, o, Böyük Britaniyanın İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulmasına görə parlamentin dəstəyini almaq üçün bu cümə günü parlament iclası çağırıb. 

Devid Kemeron vurğulayıb ki, məqsəd Böyük Britaniyanın yalnız aviazərbələrdə iştirakıdır, quruda əməliyyatlardan isə söhbət gedə bilməz. 

Parlamentin dəstəyindən sonra Böyük Britaniya yaxın günlərdə İŞİD-ə qarşı əməliyyatlara qoşula biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA