Prestijli aftomobil nömrələri satışa çıxarıldı

img

24-09-2014 [22:23]


Noyabrın ilk günlərindən həmin nömrələrin satışının başlayacağı planlaşdırılır

Qazaxıstanda noyabr ayının əvvəlindən "Prestijli” dövlət avtomobil nömrələrinin satışı başlayacaq. 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Qazaxıstan Daxili İşlər Nazirliyinin administrasiya polisi komitəsinin sədri İqor Lepexa məlumat verib. Qazaxıstanda "Yol hərəkəti haqqında” yeni qanun may ayında qüvvəyə minsə də, bir sıra müddəalar oktyabrın axırında qüvvədə olacaq. Noyabrın ilk günlərindən "prestijli” nömrələrin satışının da başlayacağı planlaşdırılır.

Burada iki dərəcə var: məsələn, 100 rəqəmi ilə başlayan nömrələr 200 min tenqedən baha, 777 ilə başlayanlar ən azı 400 min olacaq.

Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra satışa çıxarılacaq "prestijli” nömrələr bunlar olacaq: 100, 111, 200, 222, 300, 333, 400, 444, 500, 555, 600, 666, 700, 800, 888, 900, 999 – bu nömrələrin qiyməti 253 min 724 tenqeyədir. Dövlət nömrələri hesab olunan 001, 002, 003, 004, 005, 006, 007, 008, 009, 777 isə 422 min 256 tenqeyədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA