Rus politoloqdan sensasion açıqlama: “Bakı və Ankara İrəvanı böləcək”

img

24-09-2014 [19:48]


Ermənistan və Qırğızıstanın Gömrük İttifaqına üzvlüyü təşkilat üçün heç bir önəmli iqtisadi əhəmiyyət kəsb etmir.

 
 Regnum agentliyi xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Modest Kolerov çıxış edib.
 
O, Qırğızıstan və Ermənistanın Gömrük İttifaqına üzvlüyünü bu cəmiyyətlərin yaşaması üçün atılan siyasi addım olduğunu bildirib:
 
"Rusiyaya Ermənistan və Qırğızıstanın bir dövlət kimi mövcud olmasından daha çox onların Moskvaya ehtiyacları var. Qırğızıstanın suverenliyini itirməsi burada Çin protetokratlığını bərpa etməsi üçün mühüm imkan yaradar. İrəvanın isə suverenliyini itirməsi İran, Türkiyə və Azərbaycanın Gürcüstan kimi onun da öz aralarında bölünməsinə gətirib çıxaracaq. Görəsən, Rusiya Avrasiya İttifaqı, "Novorosiya”, Ermənistan, Qırğızıstanı büdcə gəlirlərinin azaldığı bir vaxtda qoruya biləcəkmi? Çox mənasız sualdır. Rusiyanın seçimi yoxdur. Bu qələbənin xaricində o sadəcə öz mövcudluğunu itirəcək”.

axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA