Bakıda həbsxanada qanlı dava: ölən var

img

24-09-2014 [17:28]



Bakı həbsxanasında ölümlə nəticələnən dava baş verib.

Mia.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib.

Həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahsiə daha sonra dava-dalaşa çevrilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA