Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"

img

06-03-2026 [17:40]


"Finlandiyanın öz ərazisinə nüvə silahları yerləşdirməyə can atmaqla Avropada gərginliyin artmasına səbəb olub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, Finlandiya bununla Rusiyaya təhdid yaradır: "Finlandıya bizi öz ərazisində nüvə silahı yerləşdirməklə hədələyir. Əgər Finlandiya bizi hədələməyə cəhd edərsə, müvafiq tədbirlər görəcəyik".

Xatırladaq ki, Finlandiya müdafiə naziri Antti Hakkanenin "1980-ci ildən bəri qüvvədə olan nüvə silahı qadağasını yumşaltmaq və nüvə silahının idxalına icazə mütləqdir", - açıqlaması maraqla qarşılanıb.

Samir MUSAYEV

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA