Məktəb direktoruna daha bir zərbə, 2500 manat da cərimə ödəyəcək

img

23-09-2014 [19:33]


Müəllimlərin adına bankdan kredit götürdüyünə görə işdən azad olunan 171 saylı orta məktəbin direktoru İradə Murğuzovaya məhkəmə daha bir cəza təyin edib.

Bu barədə məlumatı jurnalist Anar Məmmədov facebook hesabında paylaşıb.

Belə ki, jurnalistə verdiyi müsahibəsində həmin məktəbdə müəllim işləyən Məryəm Tağıyevanın ünvanına nalayiq ifadələr işlətdiyi üçün müəllim keçmiş məktəb direktorunu məhkəməyə verib. 

İ.Murğuzovanın vəkili səs yazısının ona aid olmasından şübhələndiyini əsas gətirərək ekspertiza təyin edilməsini xahiş edib.

Sonda məhkəmə İradə Murğuzovanın jurnalistdən üzr istəməsi və söydüyü müəllimə 2500 manat təzminat ödəməsinə dair qərar çıxarıb.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA