Ağcəbədidə daha bir dəhşət - Qəzada 4 nəfər öldü +Adlar

img

23-09-2014 [11:39]


Ağcabədi rayonunda baş verən dəhşətli qəzada 4 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

"Qafqazinfo” xəbər verir ki, rayonun Təzəkənd kəndində VAZ 21011 markalı maşınla VAZ 2109 markalı maşın toqquşub. Qəza nəticəsində VAZ 21011 maşınında olan sürücü və sərnişinlər – Babayev Vüqar Fərhad oğlu, Eminov Rüfət İsrail oğlu, Quliyev Bəhruz Lazım oğlu və Əzizov Rəfail Adil oğlu həlak olub, Salmanov Əvəzxan Qədir oğlu isə ağır yaralanıb.

VAZ 2109 markalı maşının sürücüsü Əzizov Şəmistan Aydın oğlu isə ağır bədən xəsarətləri ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ağcabədidə baş verən qəzada 6 nəfər həyatını itirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA