Rusiyada polisə qarşı terror: ölən və yaralananlar var

img

24-02-2026 [09:07]


Rusiyanın paytaxtı Moskvada Savelovski qatar stansiyası yaxınlığında terror hadisəsi baş verib.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib  ki, yerli vaxtla saat 00:05-də naməlum şəxs Savelovski Stansiyası Meydanında növbətçi yol polisi maşınına yaxınlaşıb: "Bundan sonra naməlum qurğu partlayıb və bir polis əməkdaşı ölüb, iki polis əməkdaşı isə yaralanıblar".

Rusiya İstintaq Komitəsi araşdırmaya başlayıb. Bildirilib ki, partlayışı törədən şəxs də hadisə yerində ölüb.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA