"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
24-02-2026 [00:16]
Cavanşir Babalioğlu
***
Bu gün gündəmi zəbt edən məsələ məni çox məyus etdi.
Məni Səidə Sultan ilə Natavan Həbibi 2004-cü ildə tanış etmişdi. Yeddi il dostluq etdik. Ailəsini – anasını, bacılarını tanıdım, sevdim. Bu gün danışmırıq deyə həqiqəti deməmək olmaz. Səidənin narkotiklə heç bir əlaqəsi yoxdur. Onun gözləri atasına bənzəyir və həssas, tez yaşaran gözlərdir. İllərdir bu səbəbdən haqqında əsassız şaiyələr yayılıb. Nahaq danışmayaq.
Dostluğumuz mənim istəyimlə bitdi. Səbəb isə onun bəzən başqasının sözünə tez inanması idi. Amma bu, onun istedadına kölgə sala bilməz. Üzülürəm ki, belə bir istedadın adı bu cür söhbətlərdə hallanır. Hər şeydən əvvəl o, xanımdır. Məncə bu mövzu bağlanmalıdır.
Tarix Əliyev haqqında da demək istəyirəm ki, o da bacarıqlı insandır. Bəlkə müğənni və ya aktyor deyil, amma ruhu incəsənət üçündür. Röya Ayxan ilə yollarını ayıranda onun istedadını görüb yanında olmuşam. O da bu şou-biznes aləmində əziyyətlə öz yerini tutub.
Səhvsiz insan yoxdur. Amma şəxsi həyatı sənətə qatmaq doğru deyil. Heç kim heç kimin anası, bacısı, qardaşı deyil. Sənət aləmində əsas olan tanınmaq və ulduz olmaqdır. Siz hər ikiniz “dayday”sız, öz zəhmətinizlə bu yerə gəlmisiniz. Bir-birinizə düşmən olmayın. Bu dünya keçicidir.
Televiziya məktəb deyil. Maarifləndirmə olmalıdır, amma əyləncə də olmalıdır. Demokratik cəmiyyətdə yaşayırıq. Sovet dövrü deyil. Qanun çərçivəsində hər kəs maddi imkanı ilə istədiyini təqdim edə bilər. Qüsurlar olub, olacaq da. Bunun üçün qurumlar var. Heç kim kiməsə “bunu oxuma, onu göstərmə” deyə bilməz.
Səidə, çətinliklər olsa da yeni mahnılar təqdim et, oxu. Tolik, sən də verilişinə fokuslan. Kişi olaraq bu söhbəti bağlamaq sənin böyüklüyün olar. O, xanımdır. Əsəbiləşib deyib, sən də demisən – oldu, bitdi. Davam etdirmək kişilik deyil. Əksinə, atasız böyüyən cəmiyyətimizin istedadlı xanımına qardaş kimi sahib çıxmaq hörmət qazandırar.
Düşmənçilik heç kimə başucalığı gətirməyib. Davanın qalibi olmur.
Hər ikinizə hidayət və uğurlar arzulayıram. Lütfən, Barışın!
MİA.AZ
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR